Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



Baş xəbərlər

05.06.2012 21:32

Azərbaycan və Vyetnamın neft-qaz sahəsində qarşılıqlı əməkdaşlığı uzaq tarixi keçmişə malikdir.

Dao Nqok Anx, “PetroVietnam Drilling and Well Services Corporation” şirkətinin Vitse-prezidenti və kommersiya məsələləri üzrə Baş mütəxəssisi

–      Azərbaycan və Vyetnamın neft-qaz sahəsində qarşılıqlı əməkdaşlığı uzaq tarixi keçmişə malikdir. Azərbaycan mütəxəssisləri neft-qaz sahəsinin inkişafında, kəşfiyyat və yataqların işlənilməsi prosesində bizə yaxından kömək ediblər. Vyetnamda indinin özündə də kifayət qədər çox sayda Azərbaycanlı mütəxəssislər çalışırlar.

Biz ilk dəfədir ki, “Caspian Oil & Gas” sərgisinin işində iştirak edirik və qeyd edə bilərəm ki, tədbir yüksək səviyyədə təşkil edilib, öz gözəl abu-havası, təşkilatçılığı və tərtibatı ilə fərqlənir.

Düşünürəm ki, bu sərgidə iştirak etməyimiz bizə yeni tərəfdaşlar tapmağa və yeni neft şirkətləri ilə tanış olmağa imkan yaradacaq. Bizdə öz imkan və potensialımızı sübut etmək üçün gözəl fürsət var ki, bu da gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıq etməyimizə imkan verəcəkdir.

Bu yaxınlarda biz Azərbaycanda quruda hasil olunan məhsulların bərpası, kəşfiyyatı, hasilatı və bölgüsü üzrə müqavilənin əsas kommersiya prinsipləri və müddəaları haqqında saziş imzaladıq. Bu bloka “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqları daxildir.

Sözügedən müqavilənin imzalanması bizə Azərbaycanda öz fəaliyyətimizi reallaşdırmağa imkan verəcək. Bununla yanaşı, biz əlbəttə ki, Azərbaycanlı mütəxəssislərin də dəstəyinə ümid bəsləyirik.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek