Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



08.06.2016 10:56

“Iteca Caspian” şirkəti Ümumdünya sərgilər gününü qeyd etdi

“UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının təşəbbüsü ilə 8 iyun 2016-cı il Ümumdünya sərgilər günü elan edilib. 29 milli sərgi assosiasiyası tərəfindən dəstəklənən bu bayramın məqsədi sərgilərin dünya iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha ictimaiyyətə xatırlatmaqdır.

Ümumdünya sərgilər gününü qeyd edənlər arasında Azərbaycan sərgilər birliyinin nümayəndələri – “Iteca Caspian” və “AzExpoMontage” şirkətləri də var idi, belə ki, “Iteca Caspian” və “AzExpoMontage” şirkətləri tarixdə ilk dəfə keçirilən bu bayramın şərəfinə Bakılıların sevimli istirahət yeri olan Mərkəzi Nəbatat Bağında içməli su fəvvarəsi quraşdırmaqla, paytaxt Bakı şəhərinə hədiyyə bəxş etdilər. Hər iki şirkətin bütün mehriban kollektivi öz ailə üzvləri ilə birlikdə bu tədbirə toplaşmışdılar. Fəvvarənin quraşdırılmasından sonra peşə bayramı açıq havada gəzinti və mədəni istirahətlə davam etdi.

“Iteca Caspian” və “AzExpoMontage” şirkətləri bütün sərgi təşkilatçılarını onların peşə bayramı – Ümumdünya sərgilər günü münasibəti ilə təbrik edirlər!

 

bütün xəbərlər




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/07/2022 04/07/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek