Mətbuat konfransıHörmətli kütləvi informasiya vasitələri nümayəndələri
Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışına həsr olunmuş mətbuat konfransı 3 iyun saat 12:00-da “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində (F.Ağayev küç., 14) keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, sizin rahat çalışmağınız üçün “Bakı Ekspo” mərkəzinin ikinci mərtəbəsində xüsusi mətbuat mərkəzi yaradılmışdır. Müasir avadanlıqlarla təchiz edilmiş bu mətbuat mərkəzi sərginin bütün iş günlərində fəaliyyət göstərir və burada siz sərgi və əlavə tədbirlər (seminarlar, təqdimatlar, müsabiqələr) haqqında lazımı məlumatları əldə edə bilərsiniz. Həmçinin, burada sizin xidmətinizə telefon, skaner, surətçıxarma maşını, kompüter və İnternet təklif olunur.
Zəhmət olmasa əlavə məlumat üçün “Iteca Caspian” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Svetlana Hacıyevaya müraciət edin.
Tel: +99412 404 1008
Faks. +99412 4041001
Elektron poçt ünvanı: prmanager@iteca.az
|