OtellərRƏSMİ MEHMANXANALAR:
Jumeirah Bilgah Beach Hotel
Qələbə küçəsi, 94. Bilgəh qəsəbəsi,
AZ1122, Bakı şəhəri, Azərbaycan.
Jumeirah Bilgah Beach Hotel işgüzar görüşlər və istirahət üçün lazım olan şəraitləri özündə birləşdirən Bakının yeqanə dəbdəbəli otelidir.
Xəzər dənizinin sahilində yerləşən ilk beynəlxalq dərəcəli şəhər kurortu 300 metrlik özəl çimərlik xəttinə malikdir.
176 otaq və 14 kottecdən ibarət olan bu müasir kompleks, həmçinin müxtəlif zövqlərə uyğun restoran və barlar, banket və konfrans zallarla yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir. Burada akvapark, spa mərkəzi, tennis kortu, mini-futbol, volleybol və basketbol meydançaları, boulinq və gecə klubu mövcuddur.
"Jumeirah Bilgah Beach Hotel"- Abşeron y-adasında, Bakı və onun görməli yerlərinə qısa və rahat məsafədə yerləşməklə möhtəşəm istirahət imkanı təklif edir.
Rezervasiya üçün əlaqə saxlayın:
Qafqaz Point Hotel
Ünvan: Bakı Şəhəri, Yasamal Rayonu, K. Kazımzadə küç. 118, 560-cı məhəllə.
Qafqaz Point Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən
Bakidaki ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir
dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi həyəti ilə
beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Otel 44 bir nəfərlik, 26 superior, 3 junior suit və bir delyuks olmaq üzrə
74 ədəd əla dekore edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi,
Nahcivan açıq bufet restorani ve Panorama a la carte restorani müştərilərini
bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir. Bundan əlavə
Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı,
bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.
Rezervasiya üçün əlaqə saxlayın:
Digər otellər
|