Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər...


COG 2014 Daily News Day 1 COG Daily News Day 2

"Caspian Oil & Gas" 2014 sərgisi: Azərbaycanın irimiqyaslı nailiyyətlərinin nümayişi

3 iyun tarixində Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq "Xəzər Neft və Qaz" 2014sərgi və konfransı öz işinə başladı. Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir hesab olunan bu sərgi dünyanın 29 ölkəsindən 400-dən çox şirkəti bir araya gətirib.


Həmçinin, "Caspian Oil & Gas"2014 sərgisinin açılış mərasimində aşağıda sadalanan şəxslər çıxış etdilər, belə ki, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri RiçardMorninqstar ABŞ prezidenti Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini cənab Kare Fostervold Baş nazir Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard isə qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxudular. Sonra isə "ВР" şirkətinin Baş icraçı direktoru Robert Dadli çıxış edib. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti sərgi boyu VIP-tura çıxaraq ARDNŞ, "BP","Bos Shelf","SOCAR Turkey","GDF Suez","Saipem","RusNeft","TPAO","Statoil","Samsung","Caspian Shipyard","Almaniyanin Federal Iqtisadiyyat və Texnologiya Nazirliyi","Halliburton","Sarvak Kish Engineering & Drilling Services" şirkətlərinin stendlərini ziyarət etdi.

Bu il Azərbaycanın neft-qaz tarixində əlamətdar hadisə - "Əsrin Müqaviləsi"nin 20-ci ildönümü tamam olur. İlk "Caspian Oil and Gas" sərgisi 1994-cü ildə, neft sənayesinin və Azərbaycan iqtisadiyyatının inkişafının yeni dövrünün başlanğıcını qoymuş "Əsrin Müqaviləsi"nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində həyata keçirildi. O zaman Azərbaycanda neft-qaz sahəsi üzrə ilk ixtisaslaşmış sərginin keçirilməsi təşəbbüsünü Ümummilli lider Heydər Əliyev dəstəklədi və o vaxtdan bəri "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüş yeridir və burada gələcək əməkdaşlıq haqqında memorandumlar, sazişlər və müqavilələr imzalanır. Bakı Ekspo Mərkəzinin foyesində təşkilatçılar tərəfindən "Əsrin Müqaviləsi"nin yubileyinə, eləcə də bu müqavilənin tarixinə və nailiyyətlərinə həsr olunmuş xüsusi stend quraşdırılmışdır.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edəcək. Sərgi sahələrinin 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdur. Onların arasında "Əsrin Müqaviləsi"nin birbaşa iştirakçıları da var: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "TPAO", "Lukoil" və s. Daha öncə heç vaxt Azərbaycan bazarına çıxmayan və bu sərgidə ilk dəfə iştirak edən şirkətlərin demək olar ki, hamısı Xəzəryanı regionda öz bizneslərini genişləndirmək üçün bu sərgidən start meydançası kimi istifadə edirlər. "Caspian Oil and Gas" iştirakçılarının tərkib baxımından daim yenilənməsi və genişlənməsi dünya neft-qaz birliyinin bu sərgiyə səngiməyən marağını vurğulayır. Yerli şirkətlər iştirakçıların ümumi sayının 35%-ni təşkil edir. Bütövlükdə isə bütün sərgi ekspozisiyası üzrə artım 10%-dir.

Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tutur. Sərgi ekspozisiyası bu tematik bölmələrdən ibarətdir: neft hasilatı və enerji ehtiyatlarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft-qaz anbarı sistemlərinin təmin edilməsi, regionda hazırda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələri və s. Bu il sərginin platin sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edir. Sərginin qızıl sponsorları "BP Azerbaijan" və "Baker Hughes" şirkətləri, gümüş sponsorları isə "Nobel Oil Ltd" və "Caspian Drilling Company" şirkətləridir. Sərginin bürünc sponsorları "Azfen JV","Tekfen Construction","Azeri MI Drilling Fluids","Bos Shelf","RussNeft","Caspian Marine Services","Ballast Pipelines SVAP Ltd. ","Dassault Systemes" və "SNF Vostok" şirkətləridir. "Caspian Oil&Gas" 2014 sərgisinin rəsmi avtomobili "Toyota"-dır.

Sərgi "ITE Group Plc" və "Iteca Caspian" şirkətləri tərəfindən təşkil edilmişdir. Qeyd etmək istərdik ki, layihə üzərində işə "ITE Group Plc" şirkətinin tərəfdaşları - "ITE London", "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR), "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb olunublar və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal surətdə cəlb edirlər. Artıq 9 ildir ki, sərgi "UFİ" Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür.










Mobile Apps

BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR






BÜRÜNC SPONSORLAR
RƏSMİ AVTOMOBİL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  18/06/2019 19/06/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek