Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

04.06.2014 13:19

“Van Оord” limanların inşası ilə məşhurdur

Hans Lünenburq (Hans Luijnenburg), “Van Оord” şirkətinin Azərbaycandakı filialının direktoru.

- Mən artıq iki ildir ki, Bakıda həm yaşayır, həm də işləyirəm. Bakıda keçirilən “Caspian Oil & Gas” sərgisində hər il iştirak etmək şirkətimiz və şəxsən mənim üçün böyük şərəfdir. Biz neft-qaz sənayesinin iri podratçılarına xidmət göstəririk. “Van Оord” şirkəti limanların inşası və limanlarda dəniz dibinin dərinləşdirilməsi ilə məşhurdur. Bizim fəaliyyətin səciyyəvi nümunəsi Dubayda inşa edilən adadır. Azərbaycanda biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün yeni kanalı dərinləşdirmişik. Həmçinin, biz “BP” və “Baku Shipyards” şirkətləri ilə də əməkdaşlıq edirik.

Biz bu bazarın perspektivli olduğunu qeyd etmək istərdik və biz sərgidə iştirakımızı çox maraqlı layihə hesab edirik, çünki, burada  biz öz imkanlarımızı bütün arzu edənlərə nümayiş etdirir və nailiyyətlərimiz haqqında danışırıq. Burada yeni tərəfdaşlar tapmaq, yeni işgüzar əlaqələr qurmaq və müqavilələr bağlamaq olar. Sərginin daha bir müsbət cəhəti isə tələbələrin və gənc mütəxəssislərin bu tədbirə yaxından maraq göstərmələridir və buna görə də, biz öz heyətimizə yeni istedadlı mütəxəssisləri cəlb edə bilərik.

 

bütün xəbərlər




Mobile Apps

BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR






BÜRÜNC SPONSORLAR
RƏSMİ AVTOMOBİL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek