Baş xəbərlər11.06.2013 16:25 Sərgilərə olan maraq ildən-ilə artır
Nikolas Hour (Nick Hore), “Azeri M-I Drilling” şirkətinin Azərbaycan filialının Baş meneceri: – Şirkət ARDNŞ-ın və “Schlumberger” şirkətinin birgə müəssisəsidir və artıq 17 ildir ki, bazarda fəaliyyət göstərir. Təkliflərimiz sırasına neft sənayesi sahəsində xidmətlərin göstərilməsi, məhlullar, avadanlıqların idarə olunması, habelə kompilyasiya avadanlıqları və kommersiya təyinatlı kimyəvi maddələrin təchiz olunması daxildir. Biz inamla deyə bilərik ki, ümumilikdə 350 nəfərdən ibarət işçi heyətimiz neft sənayesinin hər hansı müvafiq seqmentində istənilən ehtiyacı təmin edir. Yer təkinin birgə işlənməsi prosesi bu işdə iştirak edən bütün şirkətlərə böyük fayda verir. “Caspian Oil & Gas” sərgisi isə peşəkar əməkdaşlığa ikiqat fayda verir. Biz həmişə bu sərginin işi ilə maraqlanmış və öz iştirakımızdan razı qalmışıq. Bu cür tədbirlər çox faydalıdır və müştəri axtarışı, habelə biznes üçün yeni imkanların genişləndirilməsi kimi sahələrlə bağlı məsələlərə aydınlıq gətirir. Qeyri-rəsmi şəraitdə keçirilən görüşlər isə bu sahədə fəaliyyət göstərən digər şirkətlərin bütün təkliflərini ətraflı şəkildə nəzərdən keçirmək üçün imkan yaradır.
bütün xəbərlər
|