Site map
Contacts
Archive
Azərbaycan
versiyası
Đóńńęŕ˙
âĺđńč˙





Top News

07.06.2013 20:12

Yubiley sərgi: stendlərin kreativ dizaynı

Çingiz Əliyev, “Caspian Marine Services Limited” şirkətinin Baş meneceri:

–  Şübhəsiz ki, “Caspian Oil & Gas 2013” sərgisi yalnız Xəzər regionunda deyil, eləcə də beynəlxalq səviyyədə bu sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bir qayda olaraq, bu sərgidə iştirakçıların sıx əməkdaşlıq edə biləcəkləri və bu sahədə fəaliyyət göstərən dünyanın ən böyük şirkət və nümayəndələri iştirak edirlər.

Şirkətimiz “Caspian Oil & Gas” sərgisində iştirak etdiyi illər ərzində beynəlxalq səviyyədə tanınmağa müvəffəq olub. Biz həmçinin Rusiya və Qazaxıstandan olan şirkətlərlə gəmilərin fraxtı üzrə səmərəli müqavilələr bağlamağa da nail olmuşuq.

Sərgi və konfransın öz 20 illik yubileyini qeyd etməsi xəbəri bizi qeyri-adilik nümayiş etdirməyə sövq etdi və mən düşünürəm ki, biz bu istəyimizə nail ola bilmişik! Şirkətimizin fəaliyyəti dənizlə bağlı olduğu üçün “Caspian Marine Services Limited” şirkətinin qədim karavella formasında hazırlanmış stendi diqqəti özünə cəlb edərək, sərginin bir çox ziyarətçi və iştirakçılarının yaddaşına həkk olundu.

Onu da qeyd etmək istəyirəm ki, bu il şirkətimiz beynəlxalq neft-qaz sərgisinin sponsorlarından biri kimi çıxış edir və bu da hazırkı ekspozisiyanın inkişafına və çiçəklənməsinə bir töhfədir. Mən “Caspian Oil & Gas” sərgi və konfransına uğurlu inkişaf arzu edirəm, çünki iştirakçıların sayı ildən-ilə artır və çoxlu sayda nüfuzlu xarici şirkət sərgidə iştiraka maraq göstərir. Bu isə çox sevindirici haldır, belə ki, bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə daha geniş şəkildə tanınmasına xidmət edir.

 

all news




Mobile Apps

JOIN US!
Top news
PLATINUM SPONSOR



GOLD SPONSORS
SILVER SPONSORS






BRONZE SPONSORS
Official Auto
TRAVEL PARTNER
Greenwich Travel Club
SECURITY PARTNER
EXCHANGE RATES
  02/12/2022 03/12/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
WEATHER



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 All rights reserved. Hosted by VebTek