Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

23.08.2013 09:52

ARDNS və “Rosneft” Rusiya neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair danışıqlar aparır

Bakı. Aqşin Rafiqoğlu. APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Rosneft” şirkəti Bakı-Novorossiysk neft kəməri ilə “Urals” markalı neftin geri nəqlinə dair danışıqlar aparır.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, ARDNŞ dünyanın bütün şirkətləri ilə tərəfdaşlıq edir, treydinq həyata keçirir: “Rosneft” də dünyanın tanınmış neft şirkətlərindən biridir. Bilirsiniz ki, “Rosneft” ildə 210 milyon ton neft istehsal edən şirkətdir. Bu gün iki şirkət arasında neftin mənfəətli satışında birgə treyder işlər aparılır. Bunun üçün həm regionda, həm Ceyhanda, həm də Uzaq Şərqdə infrastrukturlar işə salınacaq. Həmçinin ARDNŞ-in İsveçrədə, Afrikada və Ceyhanda olan imkanlardan bunun üçün istifadə edəcəyik. Bunun üçün proqramlar hazırlanır və danışıqlar aparılır”.

 

ARDNŞ prezidenti bildirib ki, ilkin mərhələdə Bakı-Novorossiysk kəməri ilə 5 mln. ton həcmində Rusiya nefti vurulacaq: “Bununla bağlı dəqiq hesablamalar aparılır. Düşünürük ki, ilin sonuna qədər hər hansı razılıq əldə olunacaq. Hələlik bunun üzərində işlər gedir”.

bütün xəbərlər




Mobile Apps

BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR






BÜRÜNC SPONSORLAR
RƏSMİ AVTOMOBİL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek