Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

25.04.2014 19:07

Bakı Gəmiqayırma Zavodu “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “Bakı Gəmiqayırma Zavodu” MMC və “BP Exploration” (“Şahdəniz”) MMC arasında sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilənin imzalanması Bakı Gəmiqayırma Zavodunun istehsal potensialının beynəlxalq miqyasda təsdiqləndiyinin bariz nümunəsidir.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, sualtı tikinti gəmisi “Şahdəniz-2” layihəsinin icrası üçün mühüm əhəmiyyət kəsb edir. Nazir ən mürəkkəb sualtı texniki işlərin həyata keçirilməsi üçün nəzərdə tutulan bu gəminin Bakı Gəmiqayırma Zavodunda uğurla inşa olunacağına əminliyini ifadə edib.

Daha sonra bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri Devid Loh müqaviləni imzalayıblar.

Qeyd olunub ki, artıq bundan sonra Azərbaycan üçün tələb olunan bütün gəmilər məhz bu zavodda tikiləcək. Bütün bunlar son illər respublikamızda həyata keçirilən layihələrdə maksimum yerli işçi qüvvəsindən və yerli şirkətlərin xidmətindən istifadə olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir.

“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində istifadə olunacaq sualtı tikinti gəmisinin inşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulub. Çoxfunksiyalı quraşdırma, elastik sualtı kabel/boruların tikintisinə dəstək və dalğıc işlərini təmin etmək gücünə malik gəmi Keppel Offshore & Marine şirkətinin qolu olan “Marine Technology Development” tərəfindən layihələndirilib.

bütün xəbərlər




Mobile Apps

BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR






BÜRÜNC SPONSORLAR
RƏSMİ AVTOMOBİL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  07/02/2023 08/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek