Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

COG 2015 Daily News N1 COG 2015 Daily News N2 COG 2015 Daily News N3


2 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən iri tədbiri - 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı açıldı. Artıq 22 ildir ki, bu sərgi və konfrans regionda neft-qaz sənayesinin əsas təmayüllərini müəyyən edir. “Caspian Oil and Gas” sərgisi ünsiyyət platforması olmaqla yanaşı, həm də bütöv bir sənaye sahəsi üçün görüş yeridir. Hər il bu sərgi və konfrans Xəzər regionunun əsas neft-qaz layihələrinin müzakirəsi üçün ən yüksək səviyyəli rəhbər işçiləri bir araya gətirir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Ənənəvi olaraq, tədbirin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev Xəzər regionunda energetika sektoru üzrə ən böyük tədbirin iştirakçı, qonaq və təşkilatçılarını təbrik etdi.Ölkə başçısı sərgi və konfransın açılış mərasimində çıxış edərək neft-qaz hasilatı sənayesi, XXI əsrin müasir müqavilələri, habelə reallaşdırılmış dünya miqyaslı sənaye layihələrinin əhəmiyyətini vurğuladı. Bu böyük və səmərəli fəaliyyətdə “Xəzər Neft və Qaz” sərgi və konfransının mühüm töhfəsi var və ölkə başçısı Beynəlxalq “Caspian Oil and Gas” sərgisinin təşkilatçılarına bu istiqamətdə tükənməz əmək sərf etdiklərinə və sərgi layihəsini daim yaxşılaşdırmağa çalışdıqlarına görə təşəkkür etdi.

Birləşmiş Krallığın Baş naziri cənab Devid Kemeronun sərgi iştirakçılarına ünvanladığı salamlama məktubunu London şəhərinin lord-meri cənab Alan Yarrou oxudu. Polşanın Baş naziri cənab Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi Həsən Şuber öz çıxışlarında Azərbaycanın müasir yüksək inkişaf səviyyəsini qeyd etməklə yanaşı, müasir və perspektivli sənaye layihələrinin Avropa və Asiya ölkələrinin gələcək inkişafındakı əhəmiyyətini də vurğuladılar.

Sərgi üzrə təşkil olunan və Prezident İlham Əliyevin başçılıq etdiyi “VIP”-tur çərçivəsində ölkə başçısı müxtəlif ölkələrin milli stendlərini ziyarət etdi. Bu il sərgidə dünyanın 27 ölkəsini təmsil edən 315 şirkət iştirak edir və bu şirkətlərin 80%-i dünya miqyasında tanınan şirkətlərdir. Hər il “Caspian Oil and Gas” sərgisinin tərkibinə yeni iştirakçılar daxil olur. Bu şirkətlərin coğrafiyası Azərbaycan, Malayziya, Çexiya və digər ölkələri əhatə edir. Azərbaycanda keçirilən sərgidə ilk dəfə olaraq Çexiyanın neft-qaz sənayesi üzrə 25 şirkətinin təmsil olunduğu Çexiyanın milli pavilyonu təqdim olunur. İtaliyanın milli pavilyonu da sərgidə ilk dəfə iştirak edir.

“Caspian Oil & Gas 2015” sərgisinin Baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində “BP” və “Baker Hughes” şirkətləri, gümüş sponsorlar qismində isə “Türkiye Petrolleri” və “Bos Shelf” şirkətləri çıxış edirlər. Digər sponsorlar arasında “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Caspian Pipe Coatings”, “Global Energy”, “RusNeft” və “Tekfen Construction” şirkətləri var. Sərgi və konfransın baş KİV tərəfdaşı “Caspian Energy International Media Group” şirkətidir. Caspian Oil & Gas aparıcı xarici informasiya agentlikləri, jurnal və nəşrlər tərəfindən dəstəklənir.

Ekspozisiya aşağıdakı tematik bölümlərindən ibarətdir: Neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, Neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və s. “Caspian Oil and Gas” sərgisinin ayrılmaz atributu texnoloji innovasiyalrın nümayiş etdirilməsidir. Bu il sərginin həm daimi, həm də yeni iştirakçıları neft hasilatı sahəsində öz innovativ texnologiyalarını, neft-qaz sahəsində İT texnologiyalarını, qazmanın tamamlanmasından sonra quyuların təmizlənməsi texnologiyalarını və digər texnologiyaları təqdim edirlər.

Neft hasilatının tarixi və ilk neftçilərin əmək şəraiti ilə tanış olmaq məqsədi ilə “Caspian Oil and Gas” sərgisi çərçivəsində ilk dəfə olaraq “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi açıldı. “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı “Iteca Caspian” şirkətinin təşəbbüsü və “BP” şirkətinin sponsor dəstəyi ilə bu rəsm kolleksiyası Nobel qardaşlarına məxsus neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 136-cı ildönümünə həsr olunmuşdur. Bütün rəsm əsərləri Azərbaycan və Rusiyada yaxşı tanınan rəssam İrina Eldarovanın fırçasına məxsusdur. Sərgi Bakı Ekspo Mərkəzinin foyesində yerləşir və sərginin bütün dörd günü ərzində ziyarətçilər üçün açıqdır.

Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir – 5-ci Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ enerji (“Caspian Power 2015”) sərgisi Caspian Oil&Gas sərgisi ilə parallel keçir. Sərgidə 30-dan artıq şirkət iştirak edir. İştirakçıların coğrafiyası Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir. Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunur.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən sərgilərə son dərəcə mühüm dəstək verir. Artıq 10 ildir ki, “Caspian Oil and Gas” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülür. “UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir. Konfrans və Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), ITE (Moskva), ITE (Çin), “ITE Gulf” (Dubay), ITE Polşa və Asia Pacific şirkətləri cəlb olunublar.







BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

  Azərbaycan Respublikası Energetika Nazirliyi





BAŞ SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR









BÜRÜNC SPONSORLAR

































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
Neft&Qaz sərgİsİ İLƏ BİRLİKDƏ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  10/12/2019 11/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek