Qalereya haqqındaHörmətli sərgi və konfrans iştirakçi və qonaqları!

İcazə verin sizi “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisinə dəvət edim. Əsərlər xüsusi olaraq Neft və Qaz sərgisi üçün mənim tərəfindən hazırlamış və Nobel qardaşlarına məxsus olan neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmişdi. Alfred, Robert və Lüdviq Nobel qardaşlarını bütün dünya tanıyır və insanların əksəriyyəti üçün bu adlar ilk növbədə Nobel mükafatı ilə bağlıdır. Lakin, çox az adam bilir ki, Nobel qardaşları mirasının böyük qismi o dövrün ən iri neft şirkətlərindən biri – “The Nobel Brothers Petroleum Production Company” şirkətinin fəaliyyəti nəticəsində əldə edilmiş kapitaldan ibarətdir. Bununla yanaşı, Nobel Fondunun 7-12%-ni həmin neft sənayeçilərinin Bakı və Abşeron yarımadasındakı yataqlardan əldə etdikləri vəsait təşkil edir. Beləliklə, haqlı olaraq iddia etmək olar ki, Nobel mükafatının tarixi Azərbaycanda neft hasilatının tarixi ilə bağlıdır. Bundan əlavə, Nobel qardaşları neft hasilatının inkişafına böyük töhfə vermişlər. İlk neft tankeri, Qafqazda ilk neft kəməri, neft-qaz sənayesi ilə əlaqədar olan bir sıra digər innovasiyalar Nobel qardaşlarının nailiyyəti və onların Abşeron neft mədənlərindəki fəaliyyətinin nəticəsidir. Bütün bunlar bu unikal kolleksiyanın yaranmasında bizə ilham verdi. Mən çox şadam ki, incəsənət əsərləri sərgisinin sponsoru BP şirkətidir. Neft və Qaz sərgisi çərçivəsində bütün günlər ərzində keçiriləcək “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisində Sizi səbirsizliklə gözləyirik.
Sizin İrina Eldarova
|