Baş xəbərlər05.06.2015 10:08 Biz Azərbaycan bazarına böyük maraq göstəririk
Ba Lu, Çinin “Shengli Xinda” (Xinjiang Group) şirkətinin direktor müavini – Bizim birgə stendimiz Çin Xalq Respublikasının Sintzyan-Uyğur muxtar vilayətinin Karamay şəhər dairəsini təqdim edir. Şəhər neft hasilatı və emalı mərkəzi kimi tanınır. Stendimizdə bir sıra nəhəng müəssisələrin - “Karamay Shengqi Drilling Equipment Co. Ltd.”, “Xinjiang Jinshi Drilling Equipment Co. Ltd.”, “Xinjiang Karamay Caifeng Industrial Co. Ltd.”, “Xinjiang Lutong New Material Technology Co. Ltd.”, “Shengli Xinda” və “Shandong Dongbao Group Co. Ltd.” şirkətlərinin, eləcə də Sintzyan neft layihə-axtarış institutunun nümayəndələri işləyirlər. Müəssisələrin təqdim etdiyi məhsullara neft mancanaqları, boru, avto-texnika, çənlər və digər məhsullar daxildir. Biz “Xəzər Neft və Qaz” sərgi və konfransında debüt edirik və burada məhsullarımızı Azərbaycanda, ümumilikdə isə bu regionda təbliğ edəcək tərəfdaşlar tapmaq niyyətindəyik. Biz Rusiya və Qazaxıstanda bir sıra layihələri həyata keçirmişik, lakin Azərbaycan bazarı bizim üçün yeni olsa da, çox maraqlıdır. Biz artıq sərgi çərçivəsində bizi maraqlandıran çoxsaylı təşkilatlardan ibarət iştirakçı və ziyarətçilərlə bir sıra görüşlər keçirmiş və onlara vizit kartlımızı vermişik. Biz gələcəkdə onlarla tərəfdaşlıq əlaqələri quracağımıza ümid edirik.
bütün xəbərlər
|