Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

05.06.2015 10:18

“Caspian Oil and Gas” sərgisində iştirakın uğuru

İsgəndər Əhədov, “ТЭМ-ПО” Naberejnıe Çelnı boru zavodu QSC-nin xarici satış bölməsinin rəhbəri

– “ТЭМ-ПО” Naberejnıe Çelnı boru zavodu Qapalı Səhmdar Cəmiyyəti (boru məhsullarının istehsalı ilə məşğul olan şirkət kimi) “Tatelektromaş” holdinq şirkətinə daxildir. 2008-ci ildə istismara verilmiş zavodun tərəfdaşları metal satışı ilə məşğul olan nəhəng şirkətlər, Rusiyanın, eləcə də yaxın və uzaq xarici ölkələrin maşınqayırma, neft-qaz və tikinti sənayelərini təmsil edən müəssisələrdir.

Bu, Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisində bizim (ardıcıl olaraq) ikinci iştirakımızdır. Ötən il keçirilmiş “Xəzər Neft və Qaz” sərgisi bizim üçün çox uğurlu oldu və biz Azərbaycan təşkilatları ilə müqavilələr imzalayaraq tərəfdaşlıq əlaqələri qurmağa müvəffəq olduq. Biz həm neft sektorunda ARDNŞ üçün boruların təchizini, həm də tikinti sektorunu təmsil edən şirkətlərə profil boruların çatdırılmasını həyata keçirdik.

Sərginin keçirildiyi bu günlərdə bir daha öz şirkətimizi Azərbaycan bazarında tanıtmaq, tərəfdaşlarımızla görüşlər keçirmək və cari müqavilələr üzrə aktual məsələləri müzakirə etmək istərdik. Mən əminəm ki, “Caspian Oil and Gas 2015” sərgisi planlarımızın həyata keçirilməsinə kömək edəcək və ötən il ilə müqayisədə, bizə daha böyük uğur qazandıracaqdır.

 

bütün xəbərlər







BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

  Azərbaycan Respublikası Energetika Nazirliyi





BAŞ SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR









BÜRÜNC SPONSORLAR

































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
Neft&Qaz sərgİsİ İLƏ BİRLİKDƏ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  30/05/2020 31/05/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek