Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

05.06.2015 15:08

“Caspian Oil and Gas”: Azərbaycanın enerji potensialının dünya tərəfindən qəbul edilməsi

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian LLC” və “ITE Group Plc” şirkətlərinin təşkil etdikləri 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransının sonuncu iş günüdür. Sərgi və konfrans artıq 22 ildir ki, regionun neft-qaz sənayesindəki əsas təmayülləri müəyyən edir.

Hər il sərgi və konfrans Xəzəryanı regionun əsas neft-qaz layihələrini müzakirə etmək məqsədi ilə ən ali rəhbər şəxsləri bir araya toplayır. Tədbirin təntənəli açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirakçı, qonaq və təşkilatçıları təbrik etməsi sərgi və konfransın yüksək statusunu bir daha sübut edir. Ölkə başçısı öz çıxışında neft-qaz hasilatı sənayesi, XXI əsrin müasir müqavilələri, habelə reallaşdırılmış dünya miqyaslı sənaye layihələrinin əhəmiyyətini vurğuladı. Ölkə başçısı bu istiqamətdə  tükənməz əmək sərf etdiklərinə və sərgi layihəsini daim yaxşılaşdırmağa çalışdıqlarına görə beynəlxalq “Caspian Oil and Gas” sərgisinin təşkilatçılarına təşəkkür etdi.

Birləşmiş Krallığın Baş naziri cənab Devid Kemeronun sərgi iştirakçılarına ünvanladığı salamlama məktubunu London şəhərinin lord-meri cənab Alan Yarrou oxudu. Polşanın Baş naziri cənab Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdül-mehdi Həsən Şuber öz çıxışlarında Azərbaycanın müasir yüksək inkişaf səviyyəsini qeyd etməklə yanaşı, müasir və perspektivli sənaye layihələrinin Avropa və Asiya ölkələrinin gələcək inkişafındakı əhəmiyyətini də vurğuladılar.

Sərgi üzrə təşkil olunan və Prezident İlham Əliyevin başçılıq etdiyi “VIP”-tur çərçivəsində ölkə başçısı neft-qaz sənayesi üzrə aparıcı istehsalçı, distribyutor və təchizatçıların ekspozisiyalarını ziyarət etdi. Bu il sərgidə dünyanın 27 ölkəsini təmsil edən 315 şirkət iştirak edir və bu şirkətlərin 80%-i dünya miqyasında tanınmış şirkətlərdir. Azərbaycanda keçirilən sərgidə ilk dəfə olaraq Çexiyanın neft-qaz sənayesi üzrə 25 şirkətinin təmsil olunduğu Çexiyanın milli pavilyonu təqdim olunur. İtaliyanın milli pavilyonu da sərgidə ilk dəfə iştirak edir. Sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının daşınması üzrə innovativ texnologiyalar, neft və qazın saxlama sisteminin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və digər tematik bölmələrdən ibarətdir.

“Caspian Oil and Gas” sərgisi Azərbaycanın enerji potensialının dünya tərəfindən qəbul edildiyini göstərməklə yanaşı, təkcə əlaqələr üçün platforma rolunu daşımır, həm də bütün sənaye üçün görüş yerinə çevrilib. Sərgidə neft-qaz sənayesinin əsas nümayəndələrinin iştirak etməsi müxtəlif məsələlər üzrə müzakirələr aparmaq və qərar qəbul etmək üçün ideal şərait yaradır. Sərgi bir daha Azərbaycanın iqtisadi nailiyyətlərdəki irəliləyişini, sənaye inkişafının sabitliyini dünya ictimaiyyətinə göstərərək, Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həlli üzrə XXI əsr layihələrinin möhtəşəmliyini vurğuladı. Demək olar ki, sərgidə iştirak edən bütün qonaqlar yerli bazarda layiqli yer tutmaq və yerli iqtisadiyyata töhfə vermək istədiklərini bəyan etdilər.

Sənayenin uğurla formalaşması fonunda ölkənin mədəni-mənəvi potensialının məşhurlaşması da xüsusi əhəmiyyət kəsb edir, belə ki, bu günlərdə yüzlərlə xarici qonaq həvəslə Azərbaycanın tarixi, milli musiqisi, milli sənət sahələri, bakılıların mentaliteti ilə tanış olurlar. Xarici qonaqlarla işgüzar əlaqələr qurmuş Azərbaycan şirkət və idarələri verdikləri qısa müsahibələrdə bunu dəfələrlə qeyd ediblər.

“Caspian Oil and Gas” sərgisinin əksər xarici iştirakçılarının işgüzar maraqlarının vaxt keçdikcə mədəniyyət sahəsinə yatırılan investisiyaya və milli inkişafa töhfə vermək istəyinə çevrilməsi sərginin səciyyəvi xüsusiyyətidir. Belə ki, “BP” şirkəti İrina Eldarovanın "Nobel qardaşları və Bakı nefti. Mükafat" rəsm sərgisinin sponsoru qismində çıxış edirdi.

Beləliklə, “JW Marriott Absheron Baku” otelində keçirilən və dünyanın 30 ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi “Caspian Oil and Gas” konfransı həm sərginin, həm də onun işgüzar proqramının mühüm hissəsinə çevrildi.

Tədbir 5-ci Yubiley Xəzər “Energetika və Alternativ enerji” (“Caspian Power 2015”) sərgisi ilə eyni vaxtda keçirilir və bu peşəkar ittifaq hər iki tədbirin səmərəliliyini daha da artırır.

“Caspian Oil and Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərli dəstək göstərilir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgi artıq 10 ildir ki, beynəlxalq sərgi cəmiyyəti - “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) təşkilatının rəğbətini qazanmışdır.

bütün xəbərlər







BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

  Azərbaycan Respublikası Energetika Nazirliyi





BAŞ SPONSOR



QIZIL SPONSORLAR
GÜMÜŞ SPONSORLAR









BÜRÜNC SPONSORLAR

































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
Neft&Qaz sərgİsİ İLƏ BİRLİKDƏ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  30/05/2020 31/05/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek